“Apple” şirkəti zavodlarını Çindən köçürmək istəyir

“Apple” şirkəti istehsalın bir qismini Çindən köçürmək istəyir.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşr qeyd edir ki, “Apple” istehsalı digər Asiya ölkəsinə köçürməyi planlaşdırır. İlk növbədə Hindistan və Vyetnama üstünlük verilir. Şirkət həmçinin tayvanlı təchizatçılardan asılılığını azaltmağı planlaşdırır.

“Apple” şirkətini bu addımı atmağa Çindəki müəssisədə ötən ay baş verən etiraz aksiyaları vadar edib. “iPhone Pro” modelinin 85%-i burada yığılır.

Əvvəlki məqalə

“Covid-19-un yeni ştamının yayılmaq riski var” –

Sonrakı məqalə

Fransa Polşaya, İngiltərə Seneqala qarşı –