Aprel ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

22 Aprel 2021 - 10:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib. 

Fonddan verilən məlumata görə, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.