Aqata Kristinin əsərləri Hollivudu fəth edib

Hollivud kino şirkəti ingilis yazıçısı Aqata Kristinin əsərlərinin mövzusunda növbəti adaptasiyalar üzərində işləyir.

Azpost.info bildirir ki, xəbəri “THR” saytı yayıb.

“20th Century Studios” yenə öz layihəsini davam etdirəcək. Hollivudun tanınmış bu kino şirkəti britaniyalı yazıçı və dedektiv romanlar müəllifi Aqata Kristinin əsərləri əsasında çəkilmiş filmləri indən sonra da böyük ekranda nümayişini təşkil edəcək. Şirkətin rəhbəri Stiv Asbell öz planları ilə bağlı fikirlərini bölüşüb.

Asbell deyib: “Hal-hazırda biz “Və heç nə olmadı”, “Şahid”, eləcə də “Miss Marpl” üzərində işləyirik. Bir çox başqa layihələr də var. Bizim həmçinin müəllif hüquqları sahibləri ilə də çox sıx əlaqələrimiz var”.

Uyğunlaşmaların təfərrüatları isə hələ də məlum deyil. Studiya müəmmalı, eləcə də sirli qalan qətlləri çox böyük peşəkarlıqla araşdıran, həm də yazıçının qəhrəmanına çevrilən detektiv Herkul Puaro haqqında yazılan romanlardan indiyə qədər üç film adaptasiyasını istehsal edib. Bu filmlərin içində “Şərq Ekspressindəki qətl”, eləcə də “Nildə ölüm”, “Venesiyaya təqiblər” kimi ekran əsərləri də var. Puaro obrazını hər üç filmin rejissoru olan Oskar mükafatçısı Kennet Branaq canlandırıb. Ümumilikdə isə bu filmlər qlobal kassada 590 milyon dollardan çox gəlir əldə ediblər.

“20th Century” kino studiyasının rəhbəri Stiv Asbell onu da bildirib ki, hal-hazırda şirkətdə ingilis yazıçısı Kristinin əsərləri ilə bağlı layihələrlə yanaşı, “Yad: Romul”, “Meymunlar Planeti” filmlərinin ardı da çəkilir. Asbell həmçinin xüsusi vurğulayıb ki, artıq onlar “Yırtıcı” adlı ekran əsərinin ayrı-ayrılıqda iki davam filminin üzərində də işə başlayıblar.

Oqtay Qorçu

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.