Aqrar-Kredit və İnkişaf Agentlyi 53 milyon dollarlıq layihəni icra edə bilməyib-HESABLAMA PALATASI

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar-Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi “kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsində nəticəlilik aşağı səviyyədə olub. 

Azpost.info bildirir ki, bu barədə Hesablama Palatasının 2021-ci il üzrə fəaliyyət hesabatında bildirilib.

Hesablama Palatası bu layihə üzrə keçirdiyi auidtdə hədəflərə nail olunması ilə bağlı suala cavab axtarıb.

Hesabatda qeyd edilir ki, audit zamanı layihənin icrası vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə müvafiq sənədlər araşdırılıb, vətəndaşlarla sorğular, yerlərdə monitorinq keçirilib, sorğu anketləri və aparılmşa monitorinqlərin nəticələri araşdırılaraq qiymətləndirmə aparılıb.

Hesablama Palatasının rəyinə görə, layihədə ümumi nəticələlik aşağı səviyyədə olub.

Belə ki, beynəlxalq ekspertlər tərəfindən müvafiq sahə üzrə müəyyən edilmiş ehtiyaclara uyğun olaraq məsləhətçi xidməti göstərilib və zəruri avadanlıqlar alınaraq AQTA-ya təqdim edilsə də yaradıması layihə ilə nəzərdə tutulmuş “qida zəncirinin” bütün mərhələlərində məhsulların izlənilməsi” sistemi ilə bağlı işlər həyata keçirilməyib.

Ölkədə baytar həkimləri həddən artıq azdır

Hesabatda brüselyoz xəstələyinə qarşı mübarizə strategiyasına toxunulub. Qeyd edilir ki, sərhəd keçid məntəqələrindən idxal olunan diri heyvanların durumuna nəzarətin lazımi qaydada olmaması, heyvanların daxili yerdəyişmələrinin nəzarətisz qalması, kəskin baytar həkimi çatışmazlığı, xəstə heyvanların dövriyyədən xaric edilməsi mexanizminin tətbiq edilməməsi kimi səbəblərdən xəstəliyin yayılma faizi artıb.

Ölkə üzrə baytar həkimi və baytar feldeşrlərinin sayı normalara əsasən hesablanmış tələbatdan ciddi şəkildə azlıq təşkil edib, yeni kadr ehtiyatının formalaşması işi qaneedici səviyyədə olmayıb.

Ölkəyə gətirilən toxumlara nəzarət yoxdur

Hesabatda bildirilir ki, layihə çərçivəsində həyata keçirilən tədbirlər toxum sektorunun inkişafına əhəmiyyətli dərəcədə təsir etməyib. Belə ki, Aqrar Xidmətlər Agentliyi ölkəyə idxal olunan toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatındakı göstəricilərin müvafiq olmasına nəzarəti həyata keçirmir. Bu isə son nəticədə istehlakçı hüquqlarının pozulmasına, istehlakçının keyfiyyətsiz toxumun istifadəsi üzrə aşağı məhsuldarlıq nəticəsi ilə üzləşdikdə isə iqtisadi səmərəsinə təsir edir.

Həyata keçirilmiş tədbirlərin maliyyə institutlarının potensialının gücləndirilməsinə töhfəsi əhəmiyyətli olmayıb. 

Hesablama Palatasının layhə ilə bağlı gəldiyi ümumi nəticə isə belə olub: Sahə ilə bağlı fəaliyyətin layihə ilə məhdudlaşması, işin davamlılığının təmin edilməməsi, risk qiymətləndirilməsi sisteminin aşağı səviyyədə təşkil edilməsi, həmçinin layihənin icrası ilə bağlı institusional məhdudiyətlərin olması layihənin nəticəliliyinin tam təmin olunmamasına səbəb olub.

Qeyd edək ki, layihənin ümumi dəyəri 53,3 milyon dollar təşkil edib.

Bunun da 34,5 milyon dolları kredit məbləği, 18,8 milyon dolları isə hökümətin payından ibarətdir.

Layihənin məqsədi ölkədə sanitar və fitosanitar xidmətlərin səviyyəsinin yüksəldilməsi, seçilmiş dəyər zəncirlərinin qurulması və aqro-biznes müəssisələrinə maliyyə xidmətlərinin göstərilməsi yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının bazarlara çıxışının asanlaşdırılmasından ibarət olub.

Azpost.info 

 

 

 

Əvvəlki məqalə

“Ermənilərin Bakıdan çıxarılmasında iştirak etmişəm” –

Sonrakı məqalə

“Britaniya Ermənistan və Azərbaycanın atdığı addımları alqışlayır” –