AQTA Rusiyanın pomidor qadağasına münasibət bildirib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli sahibkarların Rusiyanın növbəti dəfə Azərbaycandan aparılan pomidora qadağa qoyması xəbərlərinə münasibət bildirib.

APA xəbər verir ki Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib ki, Rusiyanın müvafiq qurumunun belə bir qərarı yoxdur: “Təcili bildiriş vərəqələrini biz təqdim edirik. İdxal edən ölkələr məhsulda hansısa zərərli maddə aşkarlanarsa, bildiriş göndərir. Bu gün Azərbaycandan alma və pomidor ixrac edilən ölkələrdə hər hansı məhdudiyyət yoxdur”.

Əvvəlki məqalə

“Başqa seçimimiz yox idi…Məqsədimizə nail olacağıq” –

Sonrakı məqalə

Gənc qız özünü Dağüstü parkdan aşağı atıb