“Arayikin yerinə Şaxramanyanın gətirilməsinin əleyhinə idim” –Vitali Balasanyan üzə çıxdı

Mən Arayik Arutyunyanın yerinə Samvel Şaxramanyanın gətirilməsinin əleyhinə  idim”.

Azpost.info bildirir ki, bu sözləri Qarabağ separatçılarının rəhbərlərindən olmuş, hərbi cani Vitali Balasanyan İrəvanda erməni mediasına açıqlamasında bildirib.

Vitali Balasanyan İrəvanda özünü “Qarabağ nümayəndəliyi” elan etmiş binaya getmədiyini deyib. “Belə bir istəyim yoxdur”.

Hazırda Ermənistanda nə işlə məşğul olduğunu soruşduqda Balasanyan deyib: “Mən azad vətəndaşam. Mən hətta pensiya da almıram. Nikol sabah deməsin ki, Vitali Balasanyan Ermənistan büdcəsindən pensiya alır”.

Burada iş təklifi alıb-almadığını soruşduqda Balasanyan belə cavab verib: “Yox, əgər gəlsə belə mən bu hakimiyyətlə  işləməyi istisna edirəm”.

Hərbi cani Vitali Balasanyan 2023-cü ilin sentyabrında keçirirlmiş antiterror əməliyyatından sonra Xankəndindən İrəvana qaça bilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.