“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi minadan tam təmizlənib

Cəbrayıl rayonunda yerləşən və 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib.

İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, Sənaye Parkının konseptual planı (Baş plan) hazırdır və yaxın günlərdə Parkın 1,5 hektarlıq hissəsində mobilizasiya şəhərciyinin salınması işlərinə başlanılması nəzərdə tutulur.

Hazırda mobilizasiya şəhərciyi yerləşəcək ərazinin hamarlanması və kipləşdirilməsi işləri davam etdirilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir