Arif Hacılı Müsavat Məclisinin sədri seçilib –İsa Qəmbər 6 nəfəri müavin təyin edib

Müsavat Partiyası Məclisinin yeni tərkibdə ilk sessiyasını keçirib. 
Azpost.info bildirir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
Sessiyada Məclisin sədri, katibi və Divan üzvlüyünə seçkilər keçirilib.
Gizli səsvermənin nəticələrinə görə, Arif Hacılı Məclisin sədri, Fəridə Ələsgərli Məclisin katibi seçiliblər.
Divan üzvülyünə 13 nəfər seçilib.
Daha sonra partiya başqanı İsa Qəmbər öz müavinlərini təqdim edib. Məclis təqdimatları təsdiqləyib.
Gülağa Aslanlı, Nüşabə Sadıxlı, Razim Əmiraslanlı, Səxavət Soltanlı, Fərəc Kərimli, Mustafa Hacıbəyli mbaşqan müavini təyin olunub.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.