Arif Hacılının müavini əsəbiləşdi:“Nə hay-küydür? Yadigar Sadıqov, Tofiq Yaqublu kimi seçkidə  uda bilər?"

“Müsavat Partiyasının qurultayı yaxınlaşdıqca gərginlik artır. Ən müxtəlif maraqlar yağışdan sonra çıxan göbələk kimi efirə çıxır. Arif Hacılının başqanlığı dövründə Müsavatın zəiflədiyini,az qala dağıldığını yazırlar. Müsavat Partiyası zəifləyibsə,dağılma həddindədirsə onda bu hay- küy nədir cənablar? Dağılma həddində olan bir partiyaya başqan namizədliyi irəli sürüb hay -küylü kampaniya aparmaq nə deməkdir?”

Azpost.info bildirir ki, bu sözləri Müsavat başqanı Arif Hacılının müavini, tanınmış hüquqşünas Osman Kazımov yazıb.

O, ABŞ –da yaşayan və A.Hacılını namizəd olmamağa çağıran A.Yunusa da ironiyalı cavab yazıb: “Ağ şalvar geyib Arif Hacılıya “başqanlığa namizədliyini vermə” deyən də var. Ağ şalvar ağ at deyil əzizim. Ağ şalvarla ağ atlı oğlan olmaq olmur”.

Daha sonra başqan müavini namizəd olacağını açıqlamış müsavatçıları da “iynələyib”: “Arif Hacılının komandasının zəif olduğunu dilə gətirənlər də var. Namizədlərdən biri- konkret olaraq Yadigar Sadıqov müsahibə verib, seçkidə yüz faiz qalib gələcəyini bəyan edir. AXCP-çi dostlar artıq Tofiq Yaqublunu başqan seçib. Yadigar Sadıqov gözəl insan, gözəl alim, Müsavat Partiyasının məclis sədri Nüşabə Sadıqlını, Azərbaycanda ən mükəmməl seçki mütəxəssisi Gülağa Aslanlını, gənc olsalar da kifayət qədər peşəkar siyasətçilər Səxavət Soltanlı və Fərəc Kərimlini, Müsavat Partiyasının yolunda canını qoyan Mustafa Hacılını seçkidə uda bilərmi? Heç öz namizədliyimi demirəm. Reytinqim bəllidir”.

O.Kazımov hələ heç nəyin aydın olmadığı bir zamanda belə bəyanatların verilməsini tənqid edib: “Hələ namizədlərin verilmədiyi, rəqiblərin kim olacağı bir dönəmdə belə bir bəyanat verilərmi? Təsəvvür edin ki, “Neftçi” komandası Çempionlar Liqasına düşüb. Hələ rəqiblər bəlli deyil. Komandanın məşqiçisi deyir ki, “biz kuboku alacağıq”. Püşk atılır. Rəqiblər “Barselona”, “Liverpul”, “Bavariya”. Al görüm kuboku necə alırsan!
Bir status yazmışdım. Siyasət sadəlövlər üçün futbol meydançası deyil”.

Daha sonra yazır ki, əgər Arif Hacılı namizədliyini irəli sürməyəksə başqanlığa namizəd olacaq: “Amma siyasət reallığı sevir. Arif Hacılı namizədliyini verməsə namizədliyimi irəli sürərəm.Və əminəm ki, həm Tofiq Yaqublu və həm də Yadigar Sadıqovun ikisinin birlikdə topladığı səsdən iki dəfə artıq səs alacağam. Amma bu gün Arif Hacılı namizədliyini irəli sürərsə ona qalib gəlmək gücündə deyiləm. Mən qanunları Arif Hacılıdan yaxşı bilirəm. Bu mənim peşəm,gündəlik fəaliyyətimdir. Siyasət də Arif Hacılının peşəsi,gündəlik fəaliyyətidir. Bu gün üçün Arif Hacılı kifayət qədər peşəkar və güclü siyasətçidir. Bu gün onun komandası da kifayət qədər güclü bir komandadır. Bilirəm yazacaqlar, tənqid edəcəklər. Olsun. Sağlam tənqid inkişafın nəfəsidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vilayət Eyvazovun iştirakı ilə püşk atıldı –

Sonrakı məqalə

Vasif Talıbov Naxçıvanda KİVDF yaratdı –