Arxeoloqlar kilsədən 12-ci əsrə aid dəfinə tapıblar-FOTO

İsveçin Visiniqso adasındakı tarixi Brahekirkan kilsəsində dəfinə tapılıb.

Kilsəyə istilik sistemi quraşdırılmazdan əvvəl təftiş üçün əraziyə arxeoloqlar dəvət edilib. Onlar kilsə divarının yanında qazıntı zamanı 2 skelet aşkar ediblər. Skeletlərdən birinin ayaq tərəfində aşkar edilmiş dəfinədə 170 gümüş sikkə olub.

Numizmatik tədqiqatlar sikkələrin 1150-1180-ci illərdə zərb edildiyini aşkara çıxarıb. Onların ən maraqlı xüsusiyyəti brakteat, yəni bir üzünün hamar olmasıdır. Bu tip sikkələr Skandinaviya ölkələrində daha geniş yayılıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.