AŞ Nazirlər Komitəsi Azərbaycanla sərhədlərin delimitasiyası prosesini alqışlayıb

Avropa Şurası Nazirlər Komitəsinin bu gün Strasburqda keçirilən sessiyasında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi qaldırılıb.

Azpost.info xəbər verir ki, sessiyada ərazi bütövlüyünün qarşılıqlı tanınması, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və güc tətbiq edilməməsi prinsiplərinə əsaslanan sülh prosesinə tam dəstək ifadə olunub.

Nazirlər Komitəsi 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası prosesini alqışlayıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.