AŞPA-nın Azərbaycan üzrə məruzəçisi seçki ilə bağlı bəyanat verib

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbus məsələləri üzrə məruzəçisi Sunna Evarsdottir bu gün İlqar Məmmədov və digər namizədlərin fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirakının qarşısının alınmasını qınayıb.

“Dekabrın əvvəlində Nazirlər Komitəsi Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməyə və İlqar Məmmədov və digər keçmiş siyasi məhbusların parlament seçkilərində namizədəliklərini irəli sürməsini təmin etməyə çağırıb”,- Evarsdottir bildirib.

Azərbaycanın bu öhdəliyi yerinə yetirməməsi Məhkəmənin və Nazirlər Komitəsinin səlahiyyətlərinə qarşı hörmətsizlik, qanunun aliliyinə qarşı etinasızlığın göstəricisidir. Hazırkı rejim real müxalifəti seçki prosesindən uzaq tutmaqla, getdikcə qeyri-demokratik olan xarakterini sərgiləyir.

Bu qərarın icra edilməməsi daha öncə görülməmiş dərəcədə hüquqi və siyasi böhran yaradır. Azərbaycan daha öncə də pozuntu proseduruna cavab verməmişdi. Nazirlər Komitəsi indi artıq növbəti addımla bağlı qərar verməlidir”,- o əlavə edib. (Amerikanın Səsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabiq nazirin DTX-da işləyən oğlu deputatlığa namizədliyini verib

Sonrakı məqalə

Dekabr ayında ölkəyə rekord sayda avtomobil gətirilib