AŞPA-nın Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri bəyanat yaydı"Sülh danışıqlarını bərpa etməyə çağırırıq"

Ermənistan və Azərbaycan arasında atəşkəs rejiminin pozulması nəticəsində itkilərin olması bizi narahat edir”.

Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak, Roger Gale və AŞPA-nın Ermənistan üzrə həmməruzəçisi Kimmo Kiljunenin birgə bəyanatında bildirilib.

“Hər iki ölkəni Avropa Şurasına üzv olduqları zaman sülhlə bağlı üzərlərinə götürdükləri öhdəlikləri xatırladırıq. Buna görə də biz onları münaqişənin intensivliyini azaldaraq təmkinli olmağa çağırırıq. Biz həmçinin hər iki ölkəni ATƏT-in Minsk Qrupu çərçivəsində sülh danışıqlarını bərpa etməyə də çağırırıq. Həmsədrlərin 15 iyul tarixli bəyanatında göstərilən qaydada sülh prosesinə əlverişli bir atmosfer yaratmaq, Dağlıq Qarabağla bağlı danışıqlar aparmaq və ATƏT müşahidəçilərinin bölgəyə qayıtmasına imkan vermək lazımdır”, – deyə bəyanatda qeyd olunub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Hazırda Tovuz istiqamətində vəziyyət gərgin-stabil olaraq qalır” –

Sonrakı məqalə

Dolların qarşıdakı 3 gün üçün rəsmi məzənnəsi