AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Bakıya gəlir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottir (İslandiya) Bakıya səfər edəcək.

Azpost.info bildirir ki, səfər sentyabrın 5-7-də baş tutacaq.

O, məruzə hazırlanması və AŞPA sessiyasına təqdim edilməsi üçün faktların müəyyən edilməsi missiyasına rəhbərlik edəcək.

Avropa Şurasının mətbuat xidmətindən Turan-a verilən məlumata görə, onun Azərbaycanın parlament üzvləri, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Baş Prokurorluq və Prezident Administrasiyasının nümayəndələri, habelə vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşləri planlaşdırılıb.

Məruzəçi həmçinin bir sıra siyasi məhbuslarla görüş istəyib.

Məruzəçinin səfəri iyunun əvvəllərinə planlaşdırılırdı, amma Azərbaycan tərəfinin xahişi ilə təxirə salınıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əminə Dilbazinin 100 illik yubileyi qeyd ediləcək –

Sonrakı məqalə

Patruşev Bakıya müharibənin qarşısını almaq üçün gəlib –