Astanada Suriya üzrə beynəlxalq görüş başlayıb- İki gün davam edəcək

Qazaxıstanın paytaxtında Astana formatında Suriya üzrə 19-cu beynəlxalq görüş başlayıb.

Azpost.info xəbər verir ki, müzakirələrdə Rusiya, Türkiyə, İran, Bəşər Əsəd rejimi və Suriya müxalifətinin nümayəndə heyətləri iştirak edir.

Tədbirdə BMT, İordaniya, Livan və İraqın nümayəndələri müşahidəçi qismində çıxış edirlər.

Danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, İran tərəfdən isə xarici işlər nazirinin siyasi müşaviri Əli Əsgər Hacı başçılıq edir.

Suriyanı Əsəd rejiminin xarici işlər nazirinin müavini Ayman Susan, müxalifətdən Əhməd Tuma təmsil edir.

Xarici İşlər Nazirliyinin Suriya üzrə departamentinin rəhbəri Səlcuq Ünalın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti ilk görüşü BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geyir Pedersen ilə keçirib.

İki gün davam edəcək danışıqlarda tərəflər Suriyada siyasi prosesin gedişini, humanitar və sosial-iqtisadi prosesləri, girovların azad edilməsini, itkin düşmüş şəxslərin axtarışını, qaçqınların geri qayıtması üçün əlverişli şəraitin yaradılmasını müzakirə edəcəklər.

Eyni zamanda, Suriyanın yenidən qurulması üçün beynəlxalq ictimaiyyətin səylərinin səfərbər edilməsinə də toxunulacaq.

 Azpost.info

Əvvəlki məqalə

Argentina Səudiyyə Ərəbistanına uduzdu –

Sonrakı məqalə

“Paşinyan müharibəni seçdi…Ultimatum verilməli, antiterror əməliyyatına başlamalıyıq” –