Astarada “Ulduz” filminin məşhur epizodunun çəklidiyi tarixi tikili dağılıb –FOTO/VİDEO

“Ulduz” filmindən məşhurlaşan Astara rayonu Ərçıvan qəsəbəsində yerləşən tarixi tikili aramsız yağan yağışlar nəticəsində dağılıb.
Azpost.info bildirir ki, bu barədə yerli sakinlər məlumat veriblər.
116 yaşı olan, talışların “ləm” adlandırdığı yay fəsli üçün nəzərdə tutulan qədim tikili bu vəziyyətə düşüb.
Bu məkan Astaraya gələn turistlərin ən çox ziyarət etdiyi yer idi.
Astara sakini Elçin İbrahimli bildirib ki, dəfələrlə Mədəniyyət Nazirliyinə təmir üçün müraciət olunsa da, heç bir tədbir görülməyib.
 Qeyd edək ki, filmdə Məhəmməd və Züleyxanın səhnəsi kimi tanınan dialoq 1963-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində bu həyətdə inşa olunan ləmdə çəkilib.

Tikilinin sahibi, Ərçivan kənd sakini Əsədulla Musayev açıqlamasında bildirib ki, bu ləmi atasının babası tikib. Bina 19-əsrin əvvəlində tikilib. Yazıçı Fərman Kərimzadə məşur “Xudafərin körpü”sü romanını yazanda burda gecələyib.  19-cu əsrdə Aleksandr Düma Qafqaz səfəri zamanı bura da səfər edib. 1 gecə də burda qalıb.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri başa çatıb

Sonrakı məqalə

“Ermənistanın yaydığı məlumat yalandır” –