“Qarabağda atəşkəsə nəzarət üzrə ruslarla əməkdaşlığımız davam edir”-

HÜLUSİ AKAR
30 Noyabr 2020 - 17:58

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin işi ilə bağlı ruslarla əməkdaşlığımız planlaşdırılmış qaydada davam edir”.

Bunu bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul edilən atəşkəs razılaşmasından sonra noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirləri arasında qəbul edilən memorandum çərçivəsində Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəz yaradılıb. (APA)