“Atəşkəs sazişindən çıxdığımızı bəyan etməliyik”-Deputat ““Sülh yolu ilə Qarabağı azad etmək mümkün deyil” dedi

“Sülh yolu ilə Qarabağı azad etmək mümkün deyil”.

Azpost.info bildirir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a verdiyi müsahibəsində deyib.

Deputat qeyd edib ki, tam əsasda peşəkar ordu qurulmalıdır: ”Bundan başqa Rusiya ilə danışıb onu problemin həllinə razı salmağa çalışmalıyıq. Qonşu İranla bu istiqamətdə ciddi danışıqlar aparmalıyıq. Təcili olaraq bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatda proteksionizmə son qoyulmalı, ölkədən kapitalın qaçışının qarşısını almaq və xarici investisiya cəlb etmək üçün mülkiyyətin toxunulmazlığına təminat verən müstəqil məhkəmə hakimiyyəti yaradılmalıdır”.

Q.Həsənquliyevin sözlərinə görə, xarici siyasətlə əlaqədar Ermənistana və dünya birliyinə sözdə yox, əməldə Qarabağın işğalı ilə barışmayacağımızı nümayiş etdirmək lazımdır: “Bunun üçün Bakıda milyonluq mitinq təşkil olunmalı, Ermənistanın atəşkəs rejimindın istifadə edib torpaqlarımızı işğal altında saxlayıb məskunlaşdırdığını  əsas götürərək danışıqlar prosesindən çıxmamaq şərtilə atəşkəs haqqında Bişkek protokolundan çıxdığımızı bəyan etməliyik”.

Deputatın sözlərinə görə,  əgər bundan sonra da Minsk qrupu Ermənistana təzyiq etməsə həmin qrupdan da imtina edəcəyik. “Həqiqətən də bir müddətdən sonra da Minsk qrupundan çıxdığımızı bəyan etməliyik. Heç bir siyasi təzyiqdən, şantajdan  qorxmamalıyıq. Bütün itkiləri göz önünə alıb torpaqlarımızı azad etməliyik”.

Q. Həsənquliyevin fikrincə, belə halda Ermənistan danışıqlardan imtina etməsi çox az az inandırıcıdır: “Amma edirlər, qoy onlar danışıqlardan imtina etsinlər. Müharibəyə başlamazdan öncə biz bunları etməliyik ki, dünya birliyi görsün ki, biz son ana qədər çalışdıq ki, sülh yolu ilə ərazi bütövlüyümüzü bərpa edək, amma alınmadı. Heç kim Ermənistana təzyiq etmədi”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İran Suriyada 30 milyard dollar xərcləyib” –

Sonrakı məqalə

Bakıda evlərdən oğurluq edən 25 yaşlı qız tutulub