“Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub” –Milli Məclisin komitə sədri

“1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir”.

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran  Hüseynovanın 1 İyun – Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə hazırladığı “Uşaqlar gələcəyimizdir” məqaləsində əksini tapıb. Hüseynova qeyd edib ki, ötəndövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-i isə yaralanıb: “Onlardan ən balacası bir yaş səkkiz aylıq Zəhra Quliyevadır. Ermənistan “Uşaq hüquqları haqqında” Konvensiyanı ratifikasiya edən dövlətdir, ancaq təəssüflər olsun ki, Konvensiya ilə öz üzərində götürdüyü öhdəlikləri kobud şəkildə pozur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə Nazirliyi Vahid Əhmədovun ittihamlarına cavab verib

Sonrakı məqalə

Milli Məclisin deputatları koronavirus testindən keçməyə başlayıb