ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gəlib- Bu gün və sabah Ermənistanda olacaqlar

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov, Rusiya Federasiyası; Stefan Viskonti, Fransa və Endryu Şafer, Amerika Birləşmiş Ştatları) regiona gəliblər.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu brifinqdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan söyləyib.

“Regional səfərə gəlmiş ATƏT-in Minsk qrupunun vasitəçiləri bu gün və sabah Ermənistanda olacaqlar”, – deyə A.Naqdalyan bildirib.

Qeyd edək ki, bölgəyə səfər çərçivəsində vasitəçilər Bakıya da gələcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb

Sonrakı məqalə

Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib