ATƏT sədri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşüb- Tərəfləri dialoqa çağırıb

ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Qarabağda münaqişənin həlli ilə bağlı tərəfləri dialoqa çağırıb.

Azpost.info xəbər verir ki, o, konstruktiv dialoqun davamlı sülhə aparan yeganə yol ola biləcəyini deyib.

Osmani Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla ayrı-ayrılıqda iki görüş keçirib.

Onun sözlərinə görə, ATƏT Bakı və İrəvana sülhə nail olmağa kömək etməyə hazırdır.

“ATƏT dialoqun təşviqi, etimadın yaradılması və tərəflər arasında münasibətlərin normallaşmasına töhfə verən müvafiq sazişlərin həyata keçirilməsi üçün təcrübə, bilik və alətlərə malikdir”, – Osmani bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.