ATƏT sədri Ceyhun Bayramovla sərhəddəki vəziyyəti müzakirə edib

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bu barədə Ann Linde “Twitter”də bildirib.

Telefon danışığı zamanı regiondakı son vəziyyət müzakirə olunub.

“Mən deeskalasiya prosesinə davam etməyə çağırdım. Minsk Qrupunun həmsədrləri və şəxsi nümayəndəmin fəaliyyətinə dəstəyimi bir daha təkrar etdim”, – ATƏT sədri qeyd edib.

Qeyd edək ki, Ann Lindenin noyabrın 17-də Ermənistan XİN rəhbəri ilə də telefon danışığı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sərhədi qoruya bilməsək milyonlarla insan Avropaya üz tutacaq” –

Sonrakı məqalə

Milli Məclisin bu deputatları kirayədə qalırmış –