“Atam nasist məmuru olub, bizi döyürdü..Leninqradda yaralanmışdı” –Şvarsnegger gizlətdiyi ailə sirrini açdı

Məşhur kino aktyoru Arnold Şvartsenegger atasının nasist olduğunu və Leninqradın blokadasında iştirak etdiyini etiraf edib.

Azpost.info “Bild” qəzetinə istinadən bildirir ki, aktyor bu barədə Netflix-də nümayiş olunan yeni “Arnold” sənədli serialında açıqlayıb.

75 yaşlı Şvartsenegger deyib ki, Avstriyanın kiçik Thal kəndində qardaşı Meinhardla birlikdə böyüyüb:  “Bizim tərbiyəmiz çox sərt qaydalar altında idi Evdə qəddarlıqlar çox olub. Valideynlərimiz bizi döyürdülər”. -deyə aktyor xatırlayıb.

Aktyor deyib ki, anası Aureliya “təmizlik fanatiki” idi: “Atam Qustav II Dünya Müharibəsi zamanı NSDAP funksioneri idi. Vermaxtda xidmət etmiş və Leninqrad yaxınlığındakı cəbhədə yaralanmışdı. Digər nasist əsgərləri kimi o da müharibədən travma və depressiya altında qayıtmışdı. Ola bilsin ki, o, stress pozğunluğundan və depressiyadan əziyyət çəkirdi”

Şvarseneggerin sözlərinə görə, atası onları kəmərlə döyür və tez-tez açıq şəkildə şizofrenik davranış nümayiş etdirirmiş. Aktyor deyib ki, uşaq vaxtı qardaşlar axşam evə atanın hansı əhvalda- “yaxşı ata”, yoxsa “qəzəbli sərxoş ata”nın qayıdacağını bilmirdilər: “Gecə saat üçdə o bağırırdı. Biz də ürəyimiz qorxudan çırpınaraq oyanırdıq, çünki bunun nə demək olduğunu bilirdik”,-deyə ulduz xatırlayıb.

Şvarsnegger deyib ki, müharibədən sonra atası rayonda polis rəisi olub: “İşdə də, evdə də atam “tiran” idi,  nizam-intizam tərəfdarı idi”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.