“ATƏT-in seçki missiyasının rəyində olan fikirlər trafaret və hazır qovluqda gətirilmiş fikirlərdir”.
Azpost.info bildirir ki, bu sözləri Prezident seçkilərində namizəd olan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Turan-a bildirib.
Onun sözlərinə görə, ATƏT-in rəyi reallığı əks etdirmir: “Məsələn, deyilir ki, indiki Prezidentin siyasətinə alternativ hər hansı bir sənəd ortaya qoyulmadı. Mənim seçki platformam bütün Azərbaycanın problemləri ilə bağlı alternativ bir proqram idi. Prezidentin siyasəti prezident respublikasıdır, biz isə orada parlament respublikasına keçid, proporsional seçki sistemini göstərmişik. Orada bir çox məsələlərə alternativ baxışımız olub. Biz bu platformanı ATƏT nümayəndələrinə təqdim etmişik, onlar bununla tanış olmayıblarsa bu bizim günahımız deyil”.
F.Mustafa hesab edir ki, ATƏT-in missiyası digər namizədlərin fikirlərini ciddi təhlil etməyib.
Pozuntulara gəlincə, o qeyd edib ki, rəhbərlik etdiyi partiya müşahidəçiləri digər müşahidəçilərə münasibətdə hər hansı pozuntunu qeyd etməyiblər: “Səsvermə və səs sayma prosesində də hər hansı maneçilik olmayıb. Bu baxımında da bu, cığallıq xarakteri daşıyan bir açıqlamadır”.
Azpost.info