“Audi” Rusiya üçün proqram təminatını dayandırıb –Sürücülər üçün hansı çətinliklər yaranacaq?

Alman avtomobil konserni Audi öz proqram təminatına rus dilerlərinin öz proqram təminatına çıxışını məhdudlaşdırıb. 

Azpost.info bildirir ki, bu barədə “İzvestiya” qəzeti öz mənbələrinə istinadən xəbər verir. Bu, artıq belə qərar qəbul edən üçüncü şirkət olub.

“Audi” markalı avtomobillərin satışı mərkəzlərindəki mənbənin verdiyi məlumata görə, proqram təminatına giriş  bir neçə aydır ki, məhdudlaşdırılıb.

Göstərilən markalı avtomobillərin sahibləri indi dublikat açarları əldə etməkdə problemlə üzləşəcəklər. Bundan əlavə, proqramlaşdırma tələb olunan hissələrin quraşdırılması ilə bağlı çətinliklər olacaq. Bura idarəetmə bloklarının, sürət qutularının, park sensorlarının dəyişdirilməsi daxildir.

Audi üçün alternativ proqram yoxdur. Buna görə də yeni modellər almaq tövsiyə edilmir.

Bundan əvvəl Almaniyanın avtomobil nəhəngləri BMW və Mercedes-Benz də eyni qərarı verib. Onlar Rusiya bazarını tərk edərək dilerləri lisenziyalı proqram təminatından ayırıblar.

 

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.