“Autizmli gənclərin Zəfər Sədası” – inklüziv konsert proqramı keçirildi- FOTO

29 aprel 2026-cı il tarixində “Autizmli Gənclərin Zəfər Sədası” adlı konsert proqramı Birgə və Sağlam İctimai Birliyi tərəfindən təşkil olunub. Tədbir autizmli gənclərin bacarıqlarını nümayiş etdirmək, onların cəmiyyətə inteqrasiyasını təşviq etmək və inklüziv dəyərləri gücləndirmək məqsədi daşıyıb.
AzPost xəbər verir ki, saat 15:00-da başlayan proqram açılış və qarşılama nitqləri ilə start götürüb. Ardınca rəsmi çıxışlar baş tutub və tədbirin əhəmiyyəti vurğulanıb. Konsert proqramı çərçivəsində gənclərin ifasında müxtəlif musiqi nömrələri, xor çıxışları, piano ifaları və bədii qiraət təqdim olunub. Tədbirin gedişində “Mavi döyüntü” adlı ritm kompozisiyası və vətənpərvərlik mövzusunda digər ifalar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Proqramın sonunda xüsusi hazırlanmış klip təqdim edilib, daha sonra təşəkkür nitqi və xatirə fotosu ilə tədbir yekunlaşıb.
Qeyd edək ki, layihə qrant müsabiqəsi çərçivəsində “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə” və Birgə və Sağlam İctimai Birliyi tərəfindən həyata keçirilmişdir.
Tədbir bir daha göstərdi ki, autizmli gənclər öz istedad və bacarıqları ilə cəmiyyətin ayrılmaz və dəyərli hissəsidir. Bu kimi təşəbbüslər onların potensialının üzə çıxarılması və sosial inklüzivliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.