“Avrasiya İttifaqından kənarda rubldan istifadə çox aşağıdır” –Putinin sabiq müşaviri

“Avrasiya İqtisadi İttifaqı ölkələrinin Rusiyadan kənar ticarət münasibətlərində rublun yayılma səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdır”. 

Azpost.info bildirir ki, bu sözləri Avrasiya İqtisadi İttifaqının inteqrasiya və makro iqtisadiyyat üzrə Kollegiyasının üzvü, Putinin sabiq müşaviri Sergey Qlazev  RİA-Novosti”yə müsahibəsində deyib.

Bununla yanaşı o bildirib ki, Avrasiya İqtisadi İttifaqına üzv ölkələrlə ticarətdə rublun payı artıq üçdə ikini keçir və onu daha da artırmaq imkanı var: “Əgər qarşılıqlı ticarətdən danışsaq, Avrasiya İttifaqı ölkələrinin daxili qarşılıqlı hesablaşmalarında ciddi irəliləyiş əldə olunub. 2013-cü ildən 2020-ci ilə qədər olan dövrdə rublla ödənişlər 63 faizdən 74 faizə yüksəlib. Rusiya ticarət dövriyyəsində ödənişlərdə Belarusla 82 faiz, Qazaxıstanla 63 faiz, Qırğızstanla 58 faiz  rubldan istifadə edir”-deyə Qlazev bldirib.

Onun sözlərinə görə, rublun istifadə imkanları bununla məhdudlaşmır: “Avrasiya İttifaqının  qarşılıqlı ticarətində rublun payı əhəmiyyətlidir. Lakin onu artırmaq imkanları var. Məsələn ticarət dövriyyəsinin 40 faizini dolların təşkil etdiyi Qırğızıstan kimi ölkələrdə onu artırmaq imkanları var. Qazaxıstan və Belarusda hesablaşma üçün ikinci əsas valyuta dollar sayılır. Dollarla hesablaşma Rusiyanın bu ölkələrlə ticarət dövriyyəsinin müvafiq olaraq 28 və 9 faizini təşkil edir”, – nazir əlavə edib.

 

 

Əvvəlki məqalə

Yaponiyada bir saatın içində 3 dəfə zəlzələ oldu

Sonrakı məqalə

Qəbələdə yanğının meşəyə keçməsinin qarşısı alınıb