Avro-2024:Oyun vaxtı huşunu itirən futbolçunun son durumu açıqlanıb

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının A qrupunun III turunda Şotlandiya yığmasın qarşı keçirilmiş oyunda ciddi zədə alan Macarıstan millisinin futbolçusu Barnabaş Varqanın son durumu açıqlanıb.

Matçın 70-ci dəqiqəsində mübarizə zamanı rəqib qapıçı Anqus Qannla toqquşan və huşunu itirən 30 yaşlı hücumçunun həyati təhlükəsi yoxdur. Amma təcrübəli forvardın almacıq sümüyündə bir neçə sınıq aşkarlanıb. Onun tezliklə əməliyyat olunacağı vurğulanıb.

Yığmanın baş məşqçisi Marko Rossi isə bildirib ki, Macarıstan millisi 1/8 finala vəsiqə qazansa, B.Varqa komandaya kömək edə bilməyəcək. Ümumiyyətlə, onun üçün qitə çempionatı başa çatıb.

Qeyd edək ki, Şotlandiyaya 1:0 hesabı ilə qalib gələn Macarıstan seçməsi 3 xalla qrupda 3-cü pilləyə yüksəlib və pley-offa vəsiqə şansını saxlayıb(azərtac).

 

Əvvəlki məqalə

“Separatçılarla bağlı cinayət işi üzrə istintaq başa çatıb”

Sonrakı məqalə

Aİ İranın silah istehsalçısına qarşı sanksiyalar tətbiq edib