AVRO-2024:Almaniya və Danimarka milliləri böyük turnirlərdə beşinci dəfə üz-üzə gələcək

Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Almaniya və Danimarka milliləri daha əvvəl dörd dəfə böyük turnirlərdə (Avropa və dünya çempionatı) qarşılaşıblar.

Bunların ikisində hazırkı meydan sahibi Almaniya, digər ikisində isə skandinaviyalılar qalib gəliblər.

Danimarka seçməsi qitə çempionu olduğu 1992-ci ildəki turnirin finalında məhz Bundestimi məğlub etmişdi – 2:0.

AVRO-2024-də günün ikinci görüşündə İtaliya yığması İsveçrə səddini keçməyə çalışacaq. Bu, komandaların böyük yarışlarda beşinci dueli olacaq. Hər iki tərəf iki qalibiyyətə sevinib. İsveçrə 1954-cü ildəki dünya çempionatında iki dəfə rəqibini üstələməyi bacarıb, 1962-ci ildəki mundialda və AVRO-2020-də italyanlar qələbə əldə ediblər.

Qeyd edək ki, İsveçrə – İtaliya matçı saat 20:00-da, Almaniya – Danimarka görüşü isə 23:00-da start götürəcək(report).

Əvvəlki məqalə

Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb –

Sonrakı məqalə

“Avropa İttifaqı Rusiyaya qalib gəlmək üçün birlik ölkələrini müharibəyə sürükləyir”