Avro-2024-ün ən sürətli oyunçuları açıqlanıb

UEFA Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında ən sürətli futbolçuların adlarını açıqlayıb.

Siyahıya 36,5 kilometr/saat sürətlə Fransa millisinin hücumçusu Kilian Mbappe başçılıq edir. İkinci sırada (36 kilometr/saat) İspaniya yığmasının forvardı Ferran Torres qərarlaşıb. İlk “üçlüy”ü isə Sloveniya komandasının üzvü Benjamin Şeşko (35,9 kilometr/saat) tamamlayıb.

Sloveniya millisi turnirlə vidalaşıb. İspaniya və Fransa yığmaları isə yarımfinalda üz-üzə gələcəklər.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq(azərtac).

Əvvəlki məqalə

Zelenski Orbanın vasitəçilik missiyasını rədd edib

Sonrakı məqalə

Bayden seçki yarışından geri çəkilməyəcəyini bildirib