“Avropa 2 il ərzində rus qazından imtina edəcək” –Avropa İttifaqının Ali Nümayəndəsi

  “Avropa İttifaqı ölkələri Rusiya qazından iki il ərzində imtina edə biləcəklər”.

Azpost.info bildirir ki, bu sözləri Avropa İttifaqınnı xarici işlər üzrə Ali nümayəndəsi Cozef Borrel “Sky News Arabia” telekanalına müsahibəsində deyib.

“İki il ərzində Avropa Rusiya qazından imtina edəcək”, – deyə Borrell vurğulayıb.

Avropalı siyasətçinin sözlərinə görə, Avropa İttifaqı qaz tədarükü üçün müxtəlif mənbələrdən istifadə etməyi planlaşdırır. “Biz Avropanın Rusiyanın enerji resurslarından asılılığını azaltmağa çalışırıq, onlara qadağa qoymuruq”, – Borrell əlavə edib.

Qeyd edək ki, Rusiya Avropaya ən böyük qaz ixracatçısıdır. Moskva istehlak edilən qazın təxminən 40%-ni bir neçə marşrutla – “Şimal axını” (birbaşa Baltik dənizi vasitəsilə Almaniyaya), Ukraynanın qaz nəqli sistemi, Yamal-Avropa və “Türk axını” Qara dəniz) təmin edir.

Əvvəlki məqalə

Baş Prokurorluq minaya düşən buldozerlə bağlı məlumat yayıb

Sonrakı məqalə

“Ukraynada tezliklə atəşkəs olmasını tələb edirik” –