Avropa birjaları həftəyə itki ilə başlayıblar- SON DURUM

Avropanın aparıcı birjaları martın 9-da maliyyə gününə ciddi itkilərlə başlayıblar.

Koronavirus böhranı və dünya bazarlarında neftin qiymətinin düşməsinin iqtisadi nəticələrinə dair pessimist proqnozlar səhmdarları daha təhlükəsiz resurslara üz tutmağa vadar edib. Bununla da səhər saatlarında aparıcı indekslərdə 5-9 faiz dəyər itkisi qeydə alınıb. Belə ki, birjalar açılan kimi Frankfurt Fond Birjasında “DAX“ indeksi 7,11 faiz düşərək 10722,17 bənddə qərarlaşıb. Avrozonanın aparıcı indeksi “Euro-Stoxx-50“ 3056,97 bəndlə (5,42 faiz itki), Böyük Britaniyanın “FTSE-100“ indeksi isə 5909,05 bəndlə (8,56 faiz itki) maliyyə gününə başlayıb. Vyana Fond Birjasında “ATX“ indeksi daha ağır zərbə ilə həftəyə start verməli olub, 6 mart tarixi ilə müqayisədə həftəyə 9,4 faiz itki ilə başlayıb, günorta saatlarında isə vəziyyət nisbətən sabitləşib (martın 6-na nisbətdə 5,6 faiz itki) və indeks 2462,24 bənd olub.

Dünya bazarlarında xam neftin qiymətinin 1991-ci ildən bəri ən yüksək faiz nisbəti ilə ucuzlaşması Avropa birjaları ilə yanaşı, Asiya birjalarına mənfi təsir göstərib, eyni zamanda ABŞ-ın aparıcı indeksləri də ümumi axından kənarda qalmaya bilər(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin yeni tərkibdə ilk iclası sabah keçiriləcək

Sonrakı məqalə

Rusiyanın Azərbaycan İcması Sobyaninə və Nikita Mixalkova müraciət etdi –