Avropa Birliyi Ermənistana daha bir missiya göndərir –Yeni patrullar nə məqsədlə gəlir?

Avropa Birliyinin Brüsseldəki səfirləri Ermənistana yeni mülki missiya göndərmək qərarına gəliblər. Bu, gələn həftə keçiriləcək AB Xarici İşlər Nazirlərinin iclasında gözlənilən yekun təsdiq üçün yol açıb.

Azpost.info bildirir ki, bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.

Azadlıq Radiosu AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarından missiyanın mandatı, strukturu və müddəti ilə bağlı təkliflər əsk olunan sənədi əldə edib. Bu sənədə əsasən, missiya təhlükəsizlik nazirliklərinə və agentliklərinə strateji və praktik məsləhət və dəstək verməklə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməkdir.

Bu məsləhətləşmələr siyasətin hazırlanması, xarici informasiya manipulyasiyasının, kiberhücumların və qanunsuz maliyyə axınlarının aşkarlanması və cavablandırılmasına yönələcək. Missiya həmçinin aşağıdakıları qiymətləndirəcək: Ermənistana AB metodologiyalarına və standartlarına uyğun olaraq hibrid təhdidləri daha effektiv şəkildə aşkar etmək və cavab vermək üçün nə lazımdır?

Bir neçə il əvvəl Bakı Ermənistanla sərhəddə silahsız Avropa müşahidəçiləri yerləşdirmək qərarını tənqid etmiş və nəticədə ortaq sərhəddə heç bir üçüncü ölkə qüvvələrinin yerləşdirilməyəcəyini açıq şəkildə nəzərdə tutan sülh müqaviləsi əldə etmişdi. İndi isə Ermənistana yeni bir missiya göndərən Brüssel məqsədinin “Rusiyanın sabitliyi pozan hərəkətlərini azaltmaq və neytrallaşdırmaq” olduğunu vurğulayır.

“Azadlıq” radiosunun əldə etdiyi bir sənəddə Avropa Xarici Fəaliyyət Xidmətinə “Aİ-nin dəstəyinin məqsədini aydınlaşdırmaq və sülh prosesinə potensial mənfi təsirin qarşısını almaq üçün Azərbaycanla müzakirələri davam etdirmək” tapşırığı verilib.

Sənəddə İrana qarşı müharibədən də bəhs edilir və bildirilir ki, Ermənistanın iki açıq sərhədindən biri İranladır. “Bu, Ermənistanın kommunikasiyaları, eləcə də Şimal-Cənub nəqliyyat və ticarət dəhlizi üçün əsas əhəmiyyət kəsb edir”.

Sənəddə deyilir ki, bu gərginliklər Rusiyanın Ermənistanın iqtisadiyyatına və enerji ehtiyaclarına təsirini daha da artıra və seçkilərdən əvvəl spekulyasiya mövzusuna çevrilə bilər.

Yeni Aİ missiyasının Ermənistanda iki il fəaliyyət göstərəcəyi və 20-30 beynəlxalq nümayəndədən ibarət olması gözlənilir. O, “Aİ Tərəfdaşlıq Missiyası” adı altında fəaliyyət göstərəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.