Avropanın liberal yönümlü siyasi partiyalarının transmilli ittifaqı olan ALDE Afinada keçirilən 40-cı konqresində Azərbaycanla bağlı qətnamə qəbul edib.
Azpost.info bildirir ki, bu barədə Müsavat partiyasnın başqanı Arif Hacılı məlumat verib. Qətnamədə Bakıda oktyabrın 19-da keçirilən dinc aksiyasının zorakılıqla dağıdılması pislənilir, Azərbaycanda fundamental azadlıqların, o cümlədən sərbəst toplaşmaq azadlığının təmin olunması tələb edilir.
Müsavat Partiyası 2006-cı ildən ALDE-nin üzvüdür. Musavat Partiyasının başqanı Arif Hacılı və onun müavini Səxavət Soltanlı ALDE-nin Afinada keçirilən Konqresində iştirak edirlər.
ALDE Avropa Parlamentində, Avropa Şurası Parlament Assambleyasında və NATO-nun Parlament Assambleyasında təmsil olunub. ALDE Avropa Parlamentinin 3 əsas fraksiyasından biridir və AP-yə son seçkilərdə ən çox uğur qazanan təşkilat olaraq bu qurumda yerlərini daha 38 nəfər artırıb.