Ukraynaya yardımla bağlı qurulmuş “İstəklilər Koalisiyası”nın liderlərinin Parisdə keçirilən görüşü başa çatıb.
AzPost bildirir ki, hazırda Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Vladimir Zelenski, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Merz ilə mətbuat konfransı keçirir.
İştirakçı dövlətlər Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalayıblar, lakin orada ölkələrin konkret öhdəlikləri yer almayıb.
Ukrayna, Fransa və Britaniya Rusiya ilə hərbi münaqişənin bitməsindən sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı niyyət bəyannaməsi imzalayıblar.
Britaniya Baş naziri Starmerin sözlərinə görə, Britaniya və Fransa atəşkəs razılaşmasından sonra Ukrayna ərazisində hərbi mərkəzlər tikmək barədə razılığa gəliblər.
Fransa prezidenti Makron deyib ki, Ukrayna Silahlı Qüvvələri potensial Rusiya təcavüzünə qarşı ilk maneə olacaq.
Onun sözlərinə görə, müharibə bitdikdən sonra Ukrayna ordusunun sayı 700.000 nəfər olacaq. Qərb tərəfdaşları dəstək verməyə söz veriblər.
Makronun sözlərinə görə, Ukraynada atəşkəsin monitorinqi mexanizmləri “Könüllülər koalisiyası”nın iclasında razılaşdırılıb. Monitorinq ABŞ tərəfindən həyata keçiriləcək
Onun sözlərinə görə, “Könüllülər koalisiyası” ilə Ukrayna arasında əməliyyat əməkdaşlığı üçün koalisiyanın əməliyyat qərargahında koordinasiya mərkəzi yaradılacaq.
Prezident Zelenski bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlər hazırdır. Onlar tezliklə imzalanacaq.