Avropa ilə “qaz müharibəsi” Rusiya büdcəsinə 28 milyard dollara başa gələcək

Avropa qaz bazarının itirilməsi səbəbindən Rusiya büdcəsi 2023-cü ildə 28 milyard dollar vergi gəlirlərindən məhrum olacaq.

Azpost.info xəbər verir ki, bunu “Vıqon Consulting” analitiklərinin hesablamaları ortaya qoyub.

Dövlət gəlirlərindəki “qaz dəliyi” demək olar ki, 2,6 trilyon rubl təşkil edəcək.

“Qazprom” özü ötən illə müqayisədə təxminən 90 milyard dollar gəlir itirəcək.

“Reuters” agentliyinin məlumatına görə, 2023-cü ilin birinci yarısında “Qazprom” Avropaya cəmi 12,1 milyard kubmetr qaz nəql edib və ixracın bu tempi davam edərsə, onun illik həcmi – təxminən 24 milyard kubmetr, demək olar ki, yarım əsrin ən aşağı həddi olacaq. .

“Qazprom” yəqin ki, bir vaxtlar yüksək gəlir gətirən Avropa ixracat biznesinin üçdə ikisini həmişəlik itirib”, – analitik Ronald Smit deyir. O xatırladır ki, gəlirlərin azalması ilə yanaşı, şirkət müqavilələrin pozulmasına görə 15 milyard dollardan çox təzminat tələb edən avropalı müştərilərin məhkəmə iddiaları dalğası ilə üzləşib.

“Qazprom”un gəlir itkisini kompensasiya etmək üçün hakimiyyət Rusiyada qazın qiymətində kəskin artım hazırlayır – 2022-ci ildə 8,5 faiz indeksasiyaya əlavə olaraq 2024-25-ci illərdə 16 faiz. Bununla belə, bu, “Qazprom”a ildə cəmi 25 milyard rubl planlaşdırılmamış gəlir verəcək”, – Smit hesab edir.

Azpost.info

 

Əvvəlki məqalə

Bu il 395 kriminal qrup zərərsizləşdirilib

Sonrakı məqalə

Tağı Əhmədov nəvəsinin nişanında iştirak edib –