Bu il 395 kriminal qrup zərərsizləşdirilib

“Ötən 6 ay ərzində mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 395 kriminal qrupun zərərsizləşdirilib”.

Bunu Daxili İşlər Nazirliyinin 2023-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında çıxışı zamanı daxili işlər nazirinin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov deyib.

Nazir müavini qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 275 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 946 kiloqram çox – 2 ton 921 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 143 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb.

Əvvəlki məqalə

Bəzi çaylardan daşqın və sel keçəcək

Sonrakı məqalə

Avropa ilə “qaz müharibəsi” Rusiya büdcəsinə 28 milyard dollara başa gələcək