Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında irəliləyişi alqışlayıb

Avropa İttifaqı (Aİ) 1991-ci il Almatı sazişi əsasında, mayın 15-də Azərbaycan və Ermənistan sərhəd komissiyalarının sərhədin delimitasiyası prosesi çərçivəsində keçirilmiş 9-cu iclası zamanı imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayır.

Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stanonun bəyanatında deyilir.

Bildirilib ki, Aİ tərəfləri digər həll edilməmiş ikitərəfli məsələlərin həlli üçün əlavə qətiyyətli addımlar atmağa təşviq edir və Cənubi Qafqaz regionunda davamlı və dayanıqlı sülhün təmin edilməsinə yönəlmiş səyləri dəstəkləməyə sadiq qalır. (APA)

Əvvəlki məqalə

Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var

Sonrakı məqalə

Türkiyə və Ermənistanın mədəniyyət nazirləri görüşüb