Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edib

Avropa
Avropa

Avropa İttifaqı (Aİ) Azərbaycana yeni səfir təyin edib.

APA Avropa İttifaqının saytına istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.

Belə ki o, Kuyundziç Mariyananın Azərbaycan üzrə Avropa İttifaqının səfiri təyin olunduğunu bəyan edib.

Mariyana hazırda Xorvatiyanın Siyasi və Təhlükəsizlik Komitəsində (PSC) nümayəndəsi kimi fəaliyyət göstərir.

O, əvvəllər digər vəzifələrlə yanaşı, Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində Xarici Əlaqələr Müşavirlərinin İşçi Qrupu (RELEX) müşaviri vəzifəsini də icra edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.