Avropa İttifaqı Gürcüstana namizəd ölkə statusu verib

Avropa İttifaqı (Aİ) Şurası Gürcüstana namizəd statusunun verilməsi barədə qərar qəbul edib.

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” platformasındakı paylaşımında məlumat verib.

Şarl Mişel Aİ-nin Bosniya və Hersoqovina ilə üzvlük danışıqlarına isə üzvlük üçün zəruri kriteriyalara uyğunluq dərəcəsinə çatdığı zaman başlanacağını bildirib və Avropa Komissiyasını gələn ilin martında bu istiqamətdə qiymətləndirmə aparmağa dəvət edib. (APA)

Əvvəlki məqalə

“Nar” Qarabağda şəbəkə əhatəsini genişləndirir

Sonrakı məqalə

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamağa qərar verib