Avropa İttifaqı Kiyevə hərbi yardım üçün 500 milyon ayıracaq

Aİ hərbi yardım məqsədilə Ukraynaya 500 milyon ayıracaq Avropa İttifaqı hərbi yardım məqsədilə Ukraynaya daha 500 milyon avro yardım ayıracaq.

Azpost.info xəbər verir ki,bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib. Borrel bildirib ki, təşkilata üzv ölkələr yaxın günlərdə Rusiya neftinə embarqo elan etmək barədə razılığa gələcəklər. J.Borrel Ukraynaya hərbi yardımı artırmaq planlarını ilk dəfə mayın 12-də açıqlayıb. Ehtimallara görə, yeni böyük paket üçün vəsait Avropa Sülh Fondundan ayrılacaq. Martın əvvəlindən Avropa İttifaqı fonddan Ukraynaya silah və hərbi texnikanın alınması üçün 1,5 milyard avro ayırıb.

Azpost.info

Əvvəlki məqalə

Ailə başçısını itirməyə görə əmək pensiyası artır

Sonrakı məqalə

Sanksiyadan sonra ruslar istirahət üçün ən çox Azərbaycana üz tutur –