Sanksiyadan sonra ruslar istirahət üçün ən çox Azərbaycana üz tutur –Siyahıda daha hansı ölkələr var?

Rusiyanın səyahət xidmətinin analitikləri ruslar arasında ən populyar xarici hava istiqamətlərinin adını açıqlayıb.

Azpost.info xəbər verir ki, son məlumatlara görə, İstanbul, Bakı, İrəvan yerli turistlər arasında ən populyar (11 faiz) istiqamətlərdir.

Xaricə uçan rusiyalıların təxminən 3 faizi Özbəkistanın paytaxtına, 2 faizi Qırğızıstanın Oş şəhərinə, həmçinin Antalya, Bişkek və Düşənbəyə getmək istəyir.

Rusiyalı səyahətçilər Təl-Əviv, Kişinyov, Minsk, Belqrad və Tbilisiyə maraq göstərirlər. Eyni zamanda qeyd edilir ki, xaricə aviabiletlərin bronlaşdırılması faizi aşağı olaraq qalır.

Mayın 1-dən 11-dək səyahət sənədi alanlar arasında 74 faiz həmin ay, 18 faiz iyun üçün bilet alıb. İyul üçün 6 faiz, avqust və sentyabr üçün isə 2 faizdən az səyahətçi uçuş planlaşdırıb.

Azpost.info

Əvvəlki məqalə

Avropa İttifaqı Kiyevə hərbi yardım üçün 500 milyon ayıracaq

Sonrakı məqalə

İdxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiqlənib