Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Avropa İttifaqı Rusiyaya qarşı 5-ci sanksiya paketini açıqladı –

User 08 Aprel 2022 - 13:58 (Last updated: 21 May 2025 - 20:15)
Sankisya

Sankisya

Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi fonunda Aİ Şurası bu gün Rusiyaya qarşı beşinci iqtisadi və fərdi sanksiyalar paketini açıqlayıb.

Bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirlib ki, yeni razılaşdırılmış paket Rusiya hökumətinə və iqtisadiyyatına təzyiqi gücləndirmək və Kremlin aqressiya üçün resurslarını məhdudlaşdırmaq üçün bir sıra tədbirləri əhatə edir:

– 2022-ci ilin avqust ayından etibarən Rusiyada istehsal olunan və ya Rusiyadan ixrac edilən kömür və digər bərk yanacaqların Aİ-yə ixracına qadağa qoyulur. Hazırda Aİ-yə kömür idxalı ildə 8 milyard avro təşkil edir.

– Rusiya bayrağı altında qeydiyyatdan keçmiş gəmilərin Aİ limanlarına girişi qadağan edilir. Kənd təsərrüfatı və ərzaq məhsulları, humanitar yardım və enerji daşıyan gəmilərə müəyyən güzəştlər verilir.

– Rusiya və Belarusun hər hansı avtomobil nəqliyyatı müəssisələrinə Aİ daxilində tranzit malların daşınmasına mane olan qadağa tətbiq olunur. Buğda da daxil olmaqla, əczaçılıq, tibbi, kənd təsərrüfatı və ərzaq məhsulları və humanitar məqsədlər üçün avtomobil nəqliyyatına güzəştlər verilir.

– Reaktiv yanacaq, kvant kompüterləri və yüksək yarımkeçiricilər, yüksək səviyyəli elektronika, proqram təminatı, həssas maşın və nəqliyyat avadanlığı kimi məhsullara eksport qadağası və həmçinin ağac, sement, gübrələr, dəniz məhsulları və içki kimi məhsullarana import qadağası tətbiq olunur. Razılaşdırılmış ixrac və idxal qadağaları yalnız müvafiq olaraq 10 milyard avro və 5,5 milyard avro təşkil edir.

– Mövcud tədbirləri gücləndirmək və boşluqları aradan qaldırmaq üçün nəzərdə tutulmuş bir sıra məqsədyönlü iqtisadi tədbirlər həyata keçirilir. Məsələn: Rusiya şirkətlərinin AI-yə üzv dövlətlərdə dövlət satınalmalarında iştirakına Aİ-nin ümumi qadağası, Rusiyanın dövlət orqanlarına bütün maliyyə dəstəyinin dayandırılması. Aİ-yə üzv dövlətlərin hər hansı rəsmi valyutasında nominalda olan əskinasların və köçürülə bilən qiymətli kağızların Rusiya və Belarusa, yaxud Rusiya və Belarusdakı hər hansı fiziki və ya hüquqi şəxsə, quruma və ya orqana satışına geniş qadağa.

Bundan əlavə, Aİ Şurası məhsulları və ya texnologiyaları işğalda rol oynamış şirkətlərə, əsas oliqarxlara və iş adamlarına, yüksək rütbəli Kreml məmurlarına, dezinformasiya və informasiya manipulyasiyasının tərəfdarlarına, Rusiyanın Ukraynadakı müharibə təcavüzü ilə bağlı Kremlin narrativini sistematik şəkildə yaymağa qərar verənlərə qarşı sanksiyalar tətbiq edir. Eləcə də artıq sanksiyaya məruz qalmış şəxslərin ailə üzvlərinə sanksiyalar təbiq olunur.
Rusiya bank sektorunda bazar payının 23%-ni təşkil edən dörd əsas Rusiya bankına tam əməliyyat qadağası qoyulub. SWIFT-dən çıxarıldıqdan sonra bu bankların aktivləri dondurulacaq və bununla da Aİ bazarları ilə əlaqəsi tamamilə kəsiləcək.

Post navigation

Previous: 20 otaq, hovuz, ev kinoteatrı…-
Next: 400 şəxs, banklar, 20 təşkilat… –

Oxşar xəbərlər

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24
saral
  • Dünya

Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə

User 25 Oktyabr 2026 - 19:11

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.