“Avropa İttifaqı söz azadlığını məhv edir”- VOLODİN

Avropa İttifaqı söz azadlığını məhv edir və vətəndaşları aldatmaq üçün senzura tətbiq edir.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin bildirib.

Onun sözlərinə görə, yayım qadağası obyektiv informasiyaya çıxışın qarşısını almaq üçün həyata keçirilib.

“Öz vətəndaşlarını haqlı olduqlarına inandırmaq üçün istənilən alternativ baxış bucağını kəsir, söz azadlığını məhv edir, sərbəst məlumat yaymaq və almaq hüququnu pozurlar. Mahiyyət etibarilə onlar yalnız bir məqsəd üçün senzuranı tətbiq edirlər. Öz vətəndaşlarını aldatmaq və hakimiyyətdə qalmaq”, – Volodin deyib.

Qeyd edək ki, Avropa İttifaqı Şurası Rusiyanın daha 4 media qurumunun (“RİA Novosti”, “İzvestiya”, “Rossiyskaya qazeta” və “Avropanın səsi”) Aİ ərazisində fəaliyyətini məhdudlaşdırıb.

Azpost.info

Əvvəlki məqalə

Bu il keçid balları necə olacaq?

Sonrakı məqalə

150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər