Avropa İttifaqı Suriyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaların müddətini 2025-ci il iyunun 1-dək uzadıb.

Azpost.info xəbər verir ki, bu barədə Aİ Şurasından bildirilib.

“Suriyada pisləşən vəziyyətin ağırlığı nəzərə alınaraq, Aİ-nin Suriya rejimi və onun tərəfdarlarına qarşı məhdudlaşdırıcı tədbirləri 1 iyun 2025-ci ilə qədər uzadıb”, – məlumatda deyilir.

Həmçinin qeyd edilir ki, nəzarətdən sonra Şura beş vəfat etmiş şəxsin və əlavə bir şəxsin “qara siyahı”dan çıxarılmasına qərar verib. Aİ-nin bu siyahısında 316 fiziki və 86 hüquqi şəxs var.

Avropa İttifaqı 2011-ci ildə Suriyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. O vaxtdan bəri məhdudlaşdırıcı tədbirlər hər il uzadılır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.