Avropa İttifaqı Ukrayna ilə bağlı rüsumların ləğvinə hazırlaşır –“Bloomberg”

Avropa İttifaqı (Aİ) Ukraynadan ixraca qoyulan bütün rüsumları və kvotaları ləğv etmək imkanını nəzərdən keçirir.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, qərar bu həftə verilə bilər. “Qərar Ukrayna ilə Avropa İttifaqı arasında polad, sənaye malları və kənd təsərrüfatı məhsulları üzrə mövcud rüsumların və kvotaların ləğvini əhatə edəcək. Avropa İttifaqı Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün onları müvəqqəti olaraq ləğv etmək niyyətindədir”, – “Bloomberg” yazır.

Azpost.info

Əvvəlki məqalə

“Slovakiya Rusiya qazının pulunu avro ilə ödəyəcək” –

Sonrakı məqalə

“Pulu rublla ödəməyən dövlətlərə qaz satışı dayandırılacaq” –