Avropa İttifaqı Ukraynadan quş ətinin ixracını dayandırıb

24 Yanvar 2020 - 09:00

Avropa İttifaqı Ukraynadan quş ətinin ixracını dayandırıb.

AZƏRTAC Ukrayna Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, ölkədə quş qripi virusuna görə Avropa İttifaqı (Aİ) quş əti və quş əti məhsullarının ixracatını müvəqqəti olaraq dayandırıb.

Aİ bəyan edib ki, Ukrayna Dünya Ticarət Təşkilatı qarşısında götürdüyü beynəlxalq öhdəliyə əməl etməlidir, qida məhsullarının təhlükəsizliyinə diqqət yetirməlidir.

Qeyd edək ki, Ukraynanın Vinnitsa vilayətində fermalarda quş qripindən quşların kütləvi tələfatı qeydə alınıb.