Avropa İttifaqı Ukraynadan quş ətinin ixracını dayandırıb

Avropa İttifaqı Ukraynadan quş ətinin ixracını dayandırıb.

AZƏRTAC Ukrayna Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, ölkədə quş qripi virusuna görə Avropa İttifaqı (Aİ) quş əti və quş əti məhsullarının ixracatını müvəqqəti olaraq dayandırıb.

Aİ bəyan edib ki, Ukrayna Dünya Ticarət Təşkilatı qarşısında götürdüyü beynəlxalq öhdəliyə əməl etməlidir, qida məhsullarının təhlükəsizliyinə diqqət yetirməlidir.

Qeyd edək ki, Ukraynanın Vinnitsa vilayətində fermalarda quş qripindən quşların kütləvi tələfatı qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Almaniya kansleri Angela Merkel İstanbula səfər edib

Sonrakı məqalə

Ötən il 13500 nəfər Azərbaycan vətəndaşı Rusiya vətəndaşlığını alıb