Avropa İttifaqı Ukraynaya 1,5 milyard avro ayırdı

“Avropa İttifaqı Ukraynaya 1,5 milyard avro həcmində növbəti makromaliyyə yardımı ayırıb”.

Azpost.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “Tviter”də yazıb.

Onun sözlərinə görə, Brüssel Kiyevə Rusiya təcavüzünə qarşı müqavimət göstərməkdə, institutların və infrastrukturun fəaliyyətini saxlamaqda və vacib islahatlar aparmaqda kömək etməyə davam edəcək.

Vəsait Avropa Parlamentinin 2023-cü il üçün qəbul etdiyi 18 milyard avroluq makromaliyyə yardımı proqramının bir hissəsi kimi ayrılıb.

Martın 21-də ayrılan əvvəlki tranşın həcmi də 1,5 milyard avro idi.

Azpost.info

Əvvəlki məqalə

“Bizim “yaşıl enerji” ixracımızın əsas istiqaməti Avropadır” –

Sonrakı məqalə

Bu il var-dövlətini ən çox artıran milyarderlər kimlərdir?-