Avropa İttifaqında restoranlarda ən az pul xərcləyən Rumıniya vətəndaşlarıdır

Avropanın statistika agentliyi-“Avrostat”-ın məlumatına əsasən, Avropa İttifaqında (Aİ) ən az restoranlara vəsait ayıran Rumıniya vətəndaşlarıdır.

AZƏRTAC xəbər verir ki, Aİ vətəndaşları 2018-ci ildə 600 milyard avro restoran və yeməkxanalarda xərcləyiblər. Ən çox Avropada restoranlara pul xərcləyənlər irlandiyalılardır. Onlar ümumi gəlirin 14,4 faizini bu istiqamətə yönəldir. Sonra siyahıda İspaniya 13, Malta 12,6, Yunanıstan 12,4 faizlə yer alıb. Ən az isə bu göstərici Rumıniyada 1,9 faiz, Polşada 3 faiz və Litvada 3,4 faiz olaraq qeydə alınıb. Məlumata görə, Aİ-də 2008-2018-ci illərdə restorana yönələn xərclər artaraq ümumi gəlirin 7 faizini təşkil ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev müşavirə keçirdi:

Sonrakı məqalə

“Qarabağ”ın qapıçısı “Milan”a transfer olunub